Ukrayna böhranının həlli təşəbbüsü çərçivəsində ABŞ nümayəndələri Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) ətrafındakı ərazilərdə neytral statusun yaradılmasını və onların Vaşinqtonun nəzarətinə verilməsini təklif edirlər.
Editor.az bildirir ki, bu barədə aprelin 20-də “Wall Street Journal” (WSJ) məlumat yayıb. Lakin nəşrdə bu ərazilərin dəqiq sərhədləri göstərilmir. ABŞ-ın planına görə, elektrik stansiyasının özünə hansı tərəfin nəzarət edəcəyi də məlum deyil. Həmçinin iddia edilir ki, sülh planına ABŞ-ın Krımı Rusiya ərazisinin bir hissəsi kimi rəsmən tanınması da daxil ola bilər.
//Samir Qurbanov, Editor.az