“Ukrayna lideri Volodimir Zelenski diqqətini sülhə yönəltməlidir”.
Editor.az xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrem Fox News telekanalında açıqlama verib və deyib:
“O, diqqətini sülhün təmin olunmasına yönəltməlidir. ABŞ prezidenti Donald Tramp bu müharibənin ədalətli və dürüst şəkildə bitməsini istəyir. Məncə, Zelenski mesajı aldı”,- o deyib. Qrem Vaşinqton və Kiyev arasında dağılmış mineral ehtiyatlar sazişini də dəstəkləyib.
Qeyd edək ki, Zelenski martın 4-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə yaranan fikir ayrılığına görə təəssüfləndiyini bildirib. Fevralın 28-də Oval kabinetdə Tramp və Zelenski arasında baş tutan görüş ciddi mübahisə ilə yekunlaşıb. ABŞ lideri Ukrayna prezidentini atəşkəsi rədd etməkdə ittiham edib və Kiyevin Rusiyaya qarşı münaqişədə “güclü kozır”ının olmadığını bildirib.
//Gülnarə Abasova, Editor.az