Abşeronda ağır qəzada ölən gəncin FOTOsubackend

Abşeronda ağır qəzada ölən gəncin FOTOsu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

“Noyabrın 26-sı saat 12 radələrində Abşeron rayonunda, Fatmayı kəndinin ərazisində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Elcan Zair oğlu Ələsgərovun idarə etdiyi 90-YD-245 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda qeyd olunub.

Milli.az