Abşeronda GÜCLÜ PARTLAYIŞ: bir ailənin 4 üzvü…backend

Abşeronda GÜCLÜ PARTLAYIŞ: bir ailənin 4 üzvü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda partlayış baş verib.

Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində səhər saatlarında fərdi yaşayış evində qəfil partlayış olub.

Hadisə nəticəsində evdə olan 1972-ci il təvəllüdlü Mehdiyeva Mətanət Məmməd qızı, 1993-cü il təvəllüdlü Mahmudova Ayşə Əbülfət qızı, 3 yaşlı Mahmudov Məhəmməd Zahiri oğlu və 4 yaşlı Mahmudova Nilay Zahiri qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. (trend)

Loading...