Abşeronda İYRƏNC CİNAYƏT: Qonşunun 14 yaşlı qızına…backend

Abşeronda İYRƏNC CİNAYƏT: Qonşunun 14 yaşlı qızına…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda azyaşlı qıza təcavüz etməkdə təqsirli bilinən Samir Cavadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Ölkə.Az” xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası aprelin 8-nə təyon olunub.

Qeyd edək ki, Abşeron rayon sakini Samir Cavadovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Məlum olub ki, Samir Cavadov yaşadığı ərazidə qonuşlarının 14 yaşına çatmayan qızı İ.A-ya qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib.

Samir Cavadov onunla cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib. Hüquq-mühafizə orqanlarına edilən şikayətdən sonra Samir Cavadov həbs edilib.