Abşeronda yanğın olub – VİDEObackend

Abşeronda yanğın olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayon, Bakı-Sumqayıt şosesi, 129 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus tikilidə baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 700 kvadratmetr olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kvadratmetr sahədə, içərisində olan bəzi əşyalar yanıb.

Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.