Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə bağlı səhvlərə yol verib və hər üç ölkənin barışıq istiqamətində addımlar atmasını istəyir.
Editor.az bildirir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib. O qeyd edib ki, Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək və sülh şəraitində yaşamaq istəyir.
“Biz bütün bunlara radikal müxalifətin və onların tərəfdaşlarının təsəvvür etdiyi kimi müharibə və güc yolu ilə deyil, sülh yolu ilə nail olmaq istəyirik”, – deyə siyasətçi vurğulayıb. Bundan əvvəl Estoniya, İslandiya və Litvanın xarici işlər nazirlərinin mitinqdə iştirak etdiklərinə görə Gürcüstanda mühakimə olunduğu bildirilib. Tbilisi meri Qərbin gürcü müxalifətinə dəstəyini “düşmən addım” adlandırıb.
//Samir Qurbanov, Editor.az