Abxaziyada gərginlik pik həddə: qondarma prezident öz kəndinə qaçdıbackend

Abxaziyada gərginlik pik həddə: qondarma prezident öz kəndinə qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abxaziya prezidenti Rusiya ilə investisiya sazişinin ratifikasiyası haqqında qanun layihəsinin parlamentdən geri götürülməsinə dair sənədi imzalamayıb, respublika başçısının mətbuat xidməti TASS-a istinadən xəbər verir.

Mətbuat xidməti əvvəllər bildirmişdi ki, Bjaniya qanun layihəsini geri götürmək qərarına gəlib. Onun niyə sənədi imzalamadığı açıqlanmır.

Qeyd edək ki, Rusiya ilə investisiya sazişi Abxaziyada kütləvi etirazlara səbəb olub. Deputatlar sənədi bir gün əvvəl, noyabrın 15-də təsdiq etməli idilər, lakin parlament binası qarşısında keçirilən nümayişə görə iclas təxirə salınıb. Buna baxmayaraq, etirazçılar darvazaları döyərək hökumət binası kompleksini zəbt ediblər. Müxalifət prezidentin istefasını tələb edir. O, doğulduğu Tamış kəndinə yola düşüb.

//Samir Qurbanov, Editor.az