Abxaziyada “Mi-24” helikopteri qəzaya uğradıbackend

Abxaziyada “Mi-24” helikopteri qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma Abxaziya Müdafiə Nazirliyinin “Mi-24” helikopteri Qulripş bölgəsində qəzaya uğrayıb.

Fövqəladə hallar naziri Lev Kvitsinia bildirib ki, hər üç ekipaj üzvü sağdır və onlar xəstəxanaya yerləşdiriliblər.

Editor.az xəbər verir ki, bu barədə qondarma respublikanın Hərbi Hava Qüvvələrinin komandanı Adqura Qumba bildirib. “Apsnypress”in məlumatına görə, helikopterin göyərtəsində Georgi Paçuliya, Vitali Korenov və Eduard Mkrtçan olub. “Helikopter çətin eniş edib və sonra alovlanıb. Hər üç ekipaj üzvü xəstəxanaya çatdırılıb, onların həyatı üçün heç bir təhlükə yoxdur”, – deyə Kvitsinia bildirib.

Qeyd edək ki, Abxaziya Hərbi Hava Qüvvələri 2008-ci ildə “Beşgünlük Müharibə”də fəal iştirak edən iki “Mi-24P” helikopteri ilə silahlanmışdır. Bundan əlavə, Abxaziya ordusunda 1992-1993-cü illərdə Gürcüstan-Abxaz müharibəsi zamanı alınmış və fəal şəkildə istifadə edilmiş iki “SU-27” qırıcısı, bir “MiQ-21” qırıcısı, bir “Su-25” hücum təyyarəsi, beş “L-39” hücum təyyarəsi və dörd “Mi-8” helikopteri (iki Mi-8T və iki Mi-8MT) xidmətdədir.

//Samir Qurbanov, Editor.az