Abxaziyada müharibə təşvişi – “Hazır olmalıyıq, gürcü ordusu hücum edə bilər”backend

Abxaziyada müharibə təşvişi – “Hazır olmalıyıq, gürcü ordusu hücum edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstan tərəfindən Abxaziya ilə hərbi qarşıdurma ehtimalı kifayət qədər yüksəkdir”.

Bunu tanınmamış Abxaziya Respublikasının xarici işlər naziri İnal Ardzinba deyib.

O, gürcü ordusunun hər an Abxaziyaya hücuma keçə biləcəyini iddia edir: “Gürcüstan tərəfdən hərbi qarşıdurma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir”.

Ardzinba xatırladıb ki, bu yaxınlarda hakim “Gürcü Arzusu” partiyasının lideri İrakli Kobaxidzenin münaqişənin yenidən qızışmasına eyham vuran açıqlaması olub:

“Açıqlama başqa, əməl başqa… Məsələ burasındadır ki, döyüş kəşfiyyatı üçün pilotsuz təyyarələrin tədarükü ilə bağlı anlaşmalar əldə edilir, NATO ilə təlimlər intensivləşir və s. Yəqin sülhə yox, çox güman ki, müharibəyə hazırlaşırlar”.

Abxaziya təhlükəsizlik şurasının katibi Sergey Şamba da bölgə sakinlərini hər şeyə hazır olmağa çağırıb.

Şambanın sözlərinə görə, hərbi əməliyyatlar bərpa olunarsa, Gürcüstanı bu gün Ukraynanı dəstəkləyənlərin hamısı dəstəkləyəcək:

“Bizim müttəfiqimiz Rusiyadır və bu, bizim üçün ciddi dəstəkdir”.

Teleqraf