Qəzza zolağında BMT-nin Ümumdünya Ərzaq Proqramının anbarına basqın etməsi nəticəsində azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Editor.az xəbər verir ki, bu barədə mayın 28-də yayılan BMT-nin bəyanatında deyilir: “Ərzaq və digər yardımları kəsilən Qəzzanın 80 günlük tam blokadasından sonra humanitar ehtiyaclar nəzarətdən çıxıb”.
O, Qəzza zolağında ərzaqların nizamlı şəkildə paylanması üçün “humanitar təşkilatların təhlükəsiz və maneəsiz çıxışına dərhal zəmanət verməyə” çağırıb. İsrail Müdafiə Qüvvələri (IDF) mayın 27-də X-da yazıb ki, humanitar yardım daşıyan 400 yük maşını “Qəzzada BMT-nin onları paylamasını gözləyir”.
“Yanlış məlumatlara qapılmayın, İDF və COGAT (Ərazilərdəki Hökumət Fəaliyyətlərinin Koordinatoru, Fələstin ərazilərində iş üçün məsul olan İsrail Müdafiə Nazirliyinin bölməsi. – GORDON) öz logistika və təhlükəsizlik protokollarını düzəldiblər. BMT hələ də öz işini görməkdən imtina edir”, – İDF bildirir.
//Samir Qurbanov, Editor.az