ACCESSBANK-LA MÜŞTƏRİLƏRİ MƏHKƏMƏ ZALLARINDA TOQQUŞUR – BİR AYDA 170 İŞ…backend

ACCESSBANK-LA MÜŞTƏRİLƏRİ MƏHKƏMƏ ZALLARINDA TOQQUŞUR – BİR AYDA 170 İŞ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə banklarla vətəndaşlar arasında münasibətlər indi məhkəmə zallarında aydınlaşdırılır. Çünki banklar müştəri məmnuniyyətini deyil, öz kommersiya maraqlarını prioritet hesab etdiyi üçün nəticədə mübahisələr danışıqlar yolu ilə həllini tapmır və məcburiyyətdən hüquqi müstəvidə işə baxılır. Belə məhkəmə çəkişmələri olan banklardan biri də “Access” bankdır.

Tribunainfo.az-ın araşdırması zamanı məlum olub ki, ayrı-ayrı vətəndaşlar məhkəmələrdə banka qarşı iddialar qaldırıblar. Təkcə yanvar ayı üzrə AccessBank-ın məhkəmə proseslərinin sayı 170-dən çoxdur. Keçirilməsi nəzərdə tutulan məhkəmə proseslərinə nəzər saldıqda məlum olur ki, bir çoxunda iddialı tərəf kimi məhz bankın özü çıxış edib.

Müxtəlif instansiyalarda keçiriləcək məhkəmə proseslərinin əksəriyyəti vətəndaşların banka olan borcunu ödəyə bilməməsindən irəli gəlir. Əslində bir ay üçün kifayət qədər ciddi rəqəm sayılacaq 170 məhkəmə prosesini nəzərə aldıqda, təxmin etmək olar ki, il ərzində iki mindən çox məhkəmə prosesi ola bilər.

Belə məhkəmə işlərindən biri də 25 yanvar tarixinə təyin edilib. Abşeron Rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə keçiriləcək prosesdə vətəndaş Bağırov Ənam AccessBank-a qarşı iddia irəli sürüb.

İcraatda olan bu işdən verilən qərardaddan şikayət təmin edilməyib və şikayət işlə birlikdə apellyasiya məhkəməsinə göndərilib. Tərəflər rasında növbəti proses bu ayın 25-i keçiriləcək.

Banka qarşı aldırılan növbəti məhkəmə işinə Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılacaq. İddiaçı tərəf Mustafayev Həsənağadır. Tərəflər arasında növbəti proses 16 yanvar tarixinə təyin edilib.

Vətəndaş Abbasova Mehribanın AccessBank-a qarşı qaldırdığı iddi üzrə işə isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə baxılacaq.

Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrlik etdiyi prosesdə isə AccessBank-a qarşı iddianı Ağamirov Mirağa adlı vətəndaş qaldırıb.

23 yanvar tarixinə təyin edilən digər məhkəmə işinə isə Bakı Apellyasiya Məhkəməsində hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə baxılacaq. Vətəndaş Qasımova Pərvin AccessBank-a qarşı iddia qaldırıb.