Accessbank Prezidentin tövsiyyəsini saymadı: Krediti ödəyə bilməyən  vətəndaşı məhkəməyə verdibackend

Accessbank Prezidentin tövsiyyəsini saymadı: Krediti ödəyə bilməyən vətəndaşı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda pandemiya dövründə  kreditini ödəyə bilməyən vətəndaş bank tərəfindən məhkəməyə verilib.

Bu barədə Oxu24.com saytına  Ucar rayon sakini  Abbas  Həsənov  məlumat  verib. Vətəndaşın  sözlərinə  görə,panemiyadan  öncə  Access Bankdan  5000 manat  məbləğində  kredit  götürüb. Pandemiya  dövrünə  qədər  vətəndaş  bütün ödənişləri  vaxtında  edib  və  heç  bir  problem  olmayıb.

“2020-ci ilin  fevralına  kimi  aylıq  ödənişi  edirdim. Mart ayında  işdən  çıxdığım  üçün  kredit  ödənişində  problem  yarandı. Ölkədə  sərt  karantin  rejimi  tətbiq  edildiyi  üçün  iş tapa  bilmədim. Həmin müdətdə  krediti  ödəyə  bilmədim. Bankdan mənə  zəng  edəndə  bildirdim  ki, iş  yerimiz bağlanıb, sərt karantin  olduğu  üçün  iş  ə  tapa  bilmirəm. Aylıq  ödənişin  100 manata  salınmasını  xahiş   etdim. Amma bank  buna  razı  olmadı. Mənə  sərt pandemiya  dövründə  cərimələr  və  faizlər  yazıldı. Bu gün məni  məhkəməyə veriblər.”

Vətəndaşın  bildirdiyinə  görə  məhkəmə  31 mart 2021-ci il tarixdə  Ucar  Rayon  Məhkəməsində  keçiriləcək. Şikayətçinin  iddiasına  görə  ona  yazılan  cərimələr  və  faizlər  qanunsuzdur. İndi işləmirəm,öhdəmdə iki azyaşlı uşaq var. Anama,qardaşıma da mən baxıram. Bu qədər  çətin durumda  mən  bu  cəriməni  necə  ödəyim?

“ Ölkə Prezidentinin  tövsiyyə xarakterli  çıxışı oldu. Cənab  Prezident  Mərkəzi  Banka  tövsiyyəsində  bildirdi ki, vətəndaşlara  kredit  faziləri  və  cərimələr  dayandırılsın. Həmçinin  Mərkəzi  Bankın  da  bu  mövzuda  tövsiyyəsi  oldu. Amma  Access Bank  bu gün  Prezidentin  və  Mərkəzin  Bankın  tövsiyyəsini  heçə  sayaraq  mənə  cərimə  və  faiz  hesablayıb. Pandemiya  dövründə  bank 519  manat  faiz,  989 manat  cərimə  hesablayıb. Bu  özbaşnalıq  deyilmi? Sərt karantn  rejimində  iş  olmayan  vaxtda  mən  bu  qədər  faizi  necə  ödəyəcəm? Üstəlik  bank  tərəfindən  zaminlərə  də  təyziqlər  göstərilir.
Mən məhkəmədən  ədalətli  qərar  gözləyirəm. Mənə  yazılan  qanunsuz  cərimə  və  faiz  silinməlidir.”

 

Bankın vətəndaşa hesabladığı cərimə və faizlər

Qeyd edək ki, Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib.
Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması  nəzərdə tutulub.
Mərkəzi Bankın qərarını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, istehlak kreditləri üzrə sentyabr ayının 30-dək gecikmiş əsas borc və yaxud faiz ödənişləri ilə bağlı cərimə və dəbbə pulu hesablanmayacaq: “Mart-sentyabr ayları ərzində gecikmiş borclarla bağlı banklar tərəfindən məhkəmələrə müraciətlər edilməyəcək.

Oxu24.com  saytı  iddialarla  bağlı  Access Bankla  da əlaqə  saxlayıb.
Bankın mövqeyini  təqdim  edirik:

Müştəri Həsənov Abbas Əlağa oğlu 2019-cu ildə “AccessBank”dan biznes məqsədilə kredit götürüb. Pandemiya səbəbindən onun kredit ödənişində gecikmələr yaşanıb. Ona, 2 komanda –  mikrokredit müştəriləri ilə iş və problemli kreditlərin həll edilməsi komandaları tərəfindən kreditinin restrukturizasiyası təklif edilsə də, müştəri bu təkliflərdən imtina edib. Daha sonra ona Bank tərəfindən hesablanmış cərimə və faizlərin tamamilə silinməsi və əsas məbləğə qismən güzəşt edilərək kreditin bağlanması təklif edilib. Müştəri ilk olaraq, bu həllə razılaşsa da, daha sonra tərəfindən hər hansı addım atılmayıb. Ona kreditlə bağlı xatırlatma etdikdə işi məhkəməyə göndərməyi təklif edib.

Oxu24.com