ACI XƏBƏR: 2 yeniyetmə, 1 tələbə dənizdə batdı – YENİLƏNDİbackend

ACI XƏBƏR: 2 yeniyetmə, 1 tələbə dənizdə batdı – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzəndə dənizdə 3 nəfər batıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, – məlumatda qeyd olunub.

xxx

Siyəzəndə 3 nəfər dənizdə boğulub.

Editor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Zarat kəndində qeydə alınıb.

Məlumata görə, onlardan ikisi yeniyetmədir. Üçüncü şəxsin isə tələbə olduğu bildirilir.