Açıq-saçıq geyinməklə məşhurlaşan Dilarə: “Elə belə çəkmirik, məqsədəuyğun olsun” – VİDEObackend

Açıq-saçıq geyinməklə məşhurlaşan Dilarə: “Elə belə çəkmirik, məqsədəuyğun olsun” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV-nin “Xəbər Ətər” verilişinin növbəti qonağı müğənni Dilarə Kazımova olub.

İfaçı açıq-saçıq geyim tərzi ilə daha çox məşhurlaşdığını etiraf edib:

“Bomba kimi partladacaq bəzi şəkillər var ki, mən onları paylaşıram. Bilirəm ki, reaksiya olacaq. Çox zaman deyirlər ki, niyə açıq-saçıq geyinirsən, axı sənin belə gözəl səsin var. Amma açıq-saçıq geyinəndən, paylaşandan sonra daha da məşhur oldum. Bu məndən asılı deyil. Göz önündəyik, hər zaman bizə söz gəlir. Bu bir obrazdır, bu həqiqətdir… Biz elə-belə açıq-saçıq şəkillər çəkmirik, çalışırıq məqsədəuyğun olsun. Hətta test kimi edirik. Dekolitə olan şəkil partlayır. Qapalı geyimdə şəkil paylaşanda baxış və bəyənmə sayı çox az olur”.

 

//milli.az