Aclıq qorxusu Kim Çen Ini sərhədləri açmağa məcbur edirbackend

Aclıq qorxusu Kim Çen Ini sərhədləri açmağa məcbur edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya diktatoru Kim Çen In Şimali Koreyaya dost olan iki ölkəyə, Çin və Rusiyaya müntəzəm uçuşlara icazə verib və müşahidəçilər bunu kütləvi aclıq qorxusu ilə əlaqələndirirlər.

Editor.az bildirir ki, bu barədə “Bild” yazır. “Son üç il ərzində Şimali Koreya vətəndaşları tam təcrid şəraitində yaşadılar: bu cür tədbirlər koronavirus pandemiyası bəhanəsi ilə tətbiq edildi.

İndi Şimali Koreya diktatoru Kim dost hesab etdiyi iki ölkəyə – Çin və Rusiayay müntəzəm uçuşlara icazə verib”, – nəşr yazır.

Bəzi müşahidəçilər Şimali Koreya hakimiyyətinin bu davranışını KXDR-də bir çox infrastruktur obyektlərinə ziyan vuran və kənd təsərrüfatı sahələrini su basan tropik “Hanun” qasırğasının nəticələri ilə əlaqələndirirlər.

//Samir Qurbanov,Editor.az