Acun Ilıcalıdan Adnan Oktarla bağlı ŞOK ETİRAF – FOTObackend

Acun Ilıcalıdan Adnan Oktarla bağlı ŞOK ETİRAF – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Nihat Genç 2021-ci ildə “Veryansın TV”də Acun Ilıcalı və Adnan Oktarın eyni kadrda yer alan fotosunu paylaşıb. Acun Ilıcalı Adnan Oktarla bağlı ilk dəfə danışıb və bir müddət onun müridi olduğunu etiraf edib.

Editor.az baku.ws-ə istinadən xəbər verir ki, Acun Ilıcalı Adnan Oktar təriqəti ilə əlaqələri barədə Ənvər Aysevərin “Youtube” kanalına danışıb.

Enver Aysevərin kanalında qonaq olan Acun Ilıcalı 19-20 yaşlarında Adnan Oktarın yanında olduğunu etiraf edib. O, sərvətini Adnan Oktarla əlaqələndirənlərə belə cavab verib: “19-20 yaşım var idi. Valideynlərim vəfat edəndə Adnan Hoca ilə 1,5-2 il görüşdüm. Sonra onlardan uzaqlaşdım”.

Qeyd edək ki, Adnan Oktar 2018-ci ildə müxtəlif cinayətlərdə təqsirli bilinərək 8658 il həbs cəzası alıb.