Acunun AYLIQ QAZANCI dilə düşdü: “12 ölkədən gəlirim var, Türkiyədə də …”backend

Acunun AYLIQ QAZANCI dilə düşdü: “12 ölkədən gəlirim var, Türkiyədə də …”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TV8 kanalının rəhbəri və məşhur yarışma proqramlarının aparıcısı Acun Ilıcalının aylıq qazancı maqazin səhifələrində gündəm olub.

Editor.az publika.az-a istinadən xəbər verir ki, 54 yaşlı aparıcı aylıq qazancının nə qədər olduğundan xəbərsiz olduğunu deyib.

“Aylıq qazancımın nə olduğunu mənim bilməyim mümkün deyil, hesabatını apara bilmərik. 12 ölkədən gəlirimiz və Türkiyədə kanalımız var. Mən o işlərə qarışmıram”, – Acun qeyd edib.

Acunun sosial mediada yayılan bu sözləri müzakirələrə səbəb olub, izləyiciləri onun cavabını səmimi qəbul etmədiklərini deyiblər.