Ad günü “hədiyyəsi” ölümünə səbəb oldu: Valeri Zalujnının mərhum köməkçisinin oğlunun vəziyyəti də ağırdırbackend

Ad günü “hədiyyəsi” ölümünə səbəb oldu: Valeri Zalujnının mərhum köməkçisinin oğlunun vəziyyəti də ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi, Kiyev vilayətinin Çayki kəndindəki evində qumbaranın partlaması nəticəsində ölən Gennadi Çastyakovun qızı və oğlu hələ də xəstəxanadadır.

Editor.az bildirir ki, bu barədə “Ukrayna Milli Xəbərləri” (UNN) nəşri mənbələrə istinadən məlumat yayıb. Qumbara partlayan zaman hər iki uşaq evdə olub.

Nəşrin məlumatına görə, Gennadi Çastyakovun qızının vəziyyəti orta ağırdır, lakin onun həyatı üçün təhlükə yoxdur. Baş komandanı köməkçisinin oğlunun vəziyyəti isə ağır qiymətləndirilir, o, bu gün əməliyyat olunub.

Qeyd edək ki, Gennadi Çastyakov noyabrın 6-da həlak olub. Valeri Zalujnın dediyinə görə, Çastyakovun aldığı ad günü hədiyyələrindən birində partlayıcı qurğu gizlədilib. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının köməkçisi döyüş sursatı ilə ehtiyatsız davranması nəticəsində həlak olub. İdarəyə daxil olan məlumata görə, Gennadi Çastyakov ona kukla deyil, canlı qumbara verildiyini bilirib.

//Samir Qurbanov, Editor.az