Adelin arıqlamış görüntüsü pərəstişkarlarını narahat etdi – FOTObackend

Adelin arıqlamış görüntüsü pərəstişkarlarını narahat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyalı məşhur müğənni Adel NBA-nın final seriyası matçında fotoqrafların obyektivinə tuş gəlib.

Editor.az oxu.az-a istinadən bildirir ki, onun görünüşü sosial şəbəkələrdə mübahisələrə səbəb olub.

33 yaşlı məşhur Finiksdə keçirilən “Finiks Sans” və “Miluoki Baks” komandaları arasında görüşə baxmağa gedib.

O, qara şalvar-köynəkdə və uzun paltoda olub. Müğənninin imicini qara çanta və halqa sırğalar tamamlayıb.

Oxucuların bəziləri şərhlərdə onun görünüşünü tənqid ediblər:

“Əvvəllər onu çox sevirdim”, “Basketbol oyunu üçün nə qədər gülünc bir geyim”, “Çox çəki itirib və indi xəstə görünür”.

Digərləri isə ulduzu tərifləyiblər:

“Adel təəccübləndirir”, “O, həqiqətən əla görünür. Həmişə onun gözəl üz cizgilərinə, xüsusən də gözəl gözlərə sahib olduğunu düşünürdüm və çəkisini itirməsi bunu yalnız vurğulayır”.