Adı “Barselona” ilə hallandı- “Çelsi”ylə müqavilə imazaladıbackend

Adı “Barselona” ilə hallandı- “Çelsi”ylə müqavilə imazaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında “Çelsi”nin formasını geyinən və klubun kapitanı Sezar Azplikueta “zadəganlar”la müqaviləni 2024-cü ilə qədər uzadıb. Editor.az “Sporx” a istinadən xəbər verir ki, ispaniyalı futbolçu özü bu haqda məlumat yayıb. Bir müddət əvvəl isə onun “Barselona”ya transfer olacağı ilə bağlı xəbərlər yayılmışdı.

İspaniyalı futbolçu İngiltərədə peşəkarlar arasında təşkil olunan bütün kuboklara sahib olmağı bacarıb. Bundan əlavə o, UEFA Çempionlar Liqasının, UEFA Avropa Liqasının və Klublar arası Dünya çempionatının qalibi olub.

//Nəzərbəy Hacıağayev, Editor.az