Adil Qeybulla peyvənd tərəddüdü olanlara tövsiyə edib: Şayiələrə uymayınbackend

Adil Qeybulla peyvənd tərəddüdü olanlara tövsiyə edib: Şayiələrə uymayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu gün COVID-19 əleyhinə peyvənd olunub.

Editor.az Trend-ə istinadən bildirir ki, A.Qeybulla bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

A.Qeybulla hər kəsi peyvənd olunmağa çağırıb:

“Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə – 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!”