“Admiral Qriqoroviç” vuruldubackend

“Admiral Qriqoroviç” vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6 aprel gecəi Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin (PSIQ) bölmələri Qara dənizdə limanda olan Rusiya freqatına, qazma qurğusuna və neft infrastrukturu obyektlərinə zərbələr endirib.

Editor.az xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) Telegram-da məlumat verib. Komandirin sözlərinə görə, Novorossiysk limanında olan “Admiral Qriqoroviç” hərbi gəmisi vurulub. Madyar bildirib ki, “Admiral Qriqoroviç” Rusiya Hərbi Dəniz Qüvvələrinin ilk Burevestnik sinifli freqatıdır və Kalibr qanadlı raketlərini (səkkiz raket) və Ştil-1 hava hücumundan müdafiə sistemlərini (24 raket) daşıyır.

Komandir həmçinin aydınlaşdırıb ki, hücum zamanı gəmi hava hücumundan müdafiə silahlarından istifadə edib, lakin bu, gəminin hədəfə dəyməsinə mane olmayıb. Hazırda kəşfiyyat zərərin miqyasını müəyyənləşdirir.
“Şesxaris” neft terminalı da zərbə alıb. Bu obyekt ixrac üçün neft və neft məhsullarını qəbul edir, saxlayır və göndərir.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev isə Novorossiyskdə yalnız “düşən dağıntılar” olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az