ADPU-da jurnalistlərlə görüş keçirilibbackend

ADPU-da jurnalistlərlə görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fəaliyyətə başlamasının 100 illik yubileyi ilə bağlı rektor Cəfər Cəfərov media nümayəndələri ilə görüşüb.

Editor.az xəbər verir ki, rektor çıxışında Pedaqoji Universitetin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlərə start verildiyini xatırladıb.

Görüşdə KİV nümayəndələrinə 100 illik yubileylə əlaqədar görülən və görülməsi nəzərdə tutulan işlər barədə geniş məlumat və universitetin 100 illik tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, yubiley tədbirləri çərçivəsində universitetin məzun lövhələri yenilənəcək, “Xatirə Yubiley” medalının, poçt markasının, pul sikkələrin, döş nişanlarının buraxılması, fakültələrdə müasir tipli tədris laboratoriya otaqlarının qurulması təşkil ediləcək.

Eyni zamanda Təhsil muzeyində universitetin inkişaf yolunu əks etdirən xüsusi güşənin yaradılması nəzərdə tutulur.

Görüşün davamında universitetin tanıtım filmi təqdim olunub.

Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.