“Aeroflot” aviaşirkətinin daha bir təyyarəsi sıradan çıxdıbackend

“Aeroflot” aviaşirkətinin daha bir təyyarəsi sıradan çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Phuket-Moskva reysinin təxminən 400 sərnişini Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsinin sıradan çıxması səbəbindən Tailandda qalmağa davam edir.

Editor.az bildirir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb və müvafiq video yayımlayıb. “Aeroflot” bildirir ki, “Boeing 777-300ER” təyyarəsinin nasazlığı səbəbindən uçuş bir gündən çox gecikib.

Aviaşirkət tezliklə Phuketə lazımi ehtiyat hissələri gətirəcəyini vəd edib.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayının əvvəlindən Rusiya Federasiyasının ən böyük aviadaşıyıcısının təyyarələri ilə daha altı insident baş verib.

//Samir Qurbanov, Editor.az