“Aeroflot”un 13 təyyarəsi xaricdə həbsdədirbackend

“Aeroflot”un 13 təyyarəsi xaricdə həbsdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aeroflot”un 357 təyyarəsindən 13-ü sanksiyalar səbəbindən xaricdə həbs edilib. Editor.az bildirir ki, bu barədə aviaşirkətin baş direktoru Sergey Aleksandrovski məlumat verib.

Onun sözlərinə görə, laynerlərin əksəriyyəti texniki xidmət və ya xaricə uçuşlar zamanı bloklanıb. Aleksandrovski qeyd edib ki, “Aeroflot” donanmasında indi 180 hava gəmisi (bloklananalar da daxil olmaqla) var. Cədvəldə isə onların sayı təxminən 150-dir. O, həmçinin bildirib ki, “Aeroflot”un ikiqat qeydiyyatı olmayan 89 təyyarəsi var ki, onların da sayını artırmaq imkanları mövcuddur.

“Biz bunu 89-a çatdıracağımızı gözləmirdik, amma bacardıq. Ona görə də bunun üzərində işləyirik”, – o əlavə edib. Qeyd edək ki, Rusiya aviaşirkətləri 201 xarici təyyarəni, o cümlədən 150-dən çox “Boeing” və “Airbus”u Bermud adalarının reyestrindən çıxararmaqla Rusiya Federasiyasında yenidən qeydiyyatdan keçirərək xaricə daşınmalara qaytara biliblər. 150 Superjetlə birlikdə təyyarələrin demək olar ki, yarısı xaricə uça bilir.

  //Samir Qurbanov, Editor.az