Aeroport şosesində qəza: Yolda sıxlıq yarandıbackend

Aeroport şosesində qəza: Yolda sıxlıq yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aeroport şosesində baş verən qəza sıxlığa səbəb olub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Editor.aza bildirib ki, paytaxt yollarında nəqliyyatın ləngiməsinin, sürücülərin əlavə vaxt itkisi ilə qarşılaşmasının əsas səbəblərindən biri də yollarda qəzaların baş verməsidir.

Xüsusilə də maddi zərərlə nəticələnən belə qəzalar səbəbindən dəqiqələrlə yollarda nəqliyyat sıxlığı yaranır.

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan bu qəza zamanı da mərkəz istiqamətində müddəti təxminən 1 saat çəkən nəqliyyat sıxlığı yaranıb.