AFFA bu türkiyəli mütəxəsislərlə danışıqlar aparır – Türkiyə mətbuatıbackend

AFFA bu türkiyəli mütəxəsislərlə danışıqlar aparır – Türkiyə mətbuatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası millinin baş məşqçisi postuna Türkiyədən mütəxəssis dəvət etmək niyyətindədir.

Editor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır. Onların sözlərinə görə, bu vəzifəyə namizədlər Şenol Günəş və Fatih Terimdir.

Bununla yanaşı, Azərbaycan mediası hazırda hər iki mentorla danışıqların aparılmadığını yazır. Xatırladaq ki, Günəş 2023-cü ilin oktyabr ayına qədər Türkiyənin “Beşiktaş” klubuna rəhbərlik edib və o vaxtdan işsizdi. Terimin əvvəlki iş yeri isə ötən ilin əvvəlində tərk etdiyi “Qalatasaray” olub.

//Samir Qurbanov, Editor.az