AFFA “Cəbrayıl” komandasına texniki məğlubiyyət veribbackend

AFFA “Cəbrayıl” komandasına texniki məğlubiyyət verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi II Liqada çıxış edən “Cəbrayıl” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

Oxu.Az xəbər verir ki, buna adı protokolda qeyd edilməmiş futbolçu Nurlan Quliyevin “Şahdağ Qusar”a qarşı IV tur oyununda meydana çıxması səbəb olub.

“Cəbrayıl” klubu isə 400 manat məbləğində cərimələnib.

Qeyd edək ki, görüş qolsuz bərabərliklə başa çatmışdı.