AFFA De Byazi ilə bağlı QƏRAR VERDİbackend

AFFA De Byazi ilə bağlı QƏRAR VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyalı baş məşqçi Canni De Byazi ilə AFFA arasında yeni müqavilə bağlanılıb.

Editor.az xəbər verir ki, bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Gündəlikdəki məsələlərin müzakirəsindən öncə noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Aparılmış müzakirələrdən sonra Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılıb. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim edəcək.

Qeyd edək ki, UEFA Millətlər Liqasında və dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışa görə Canni De Byazi ilə müqavilənin yenilənməyəcəyi gözlənilirdi.