AFFA fikrini dəyişdi – Çempionatda 14 komanda mübarizə aparacaqbackend

AFFA fikrini dəyişdi – Çempionatda 14 komanda mübarizə aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ilk dəfə keçiriləcək II Liqanın iştirakçılarının sayı dəyişdiriləcək.

Bu barədə redaksiyamıza AFFA-dan bildirilib.

Federasiyadan verilən məlumata görə, yarışa qatılacaq komandaların sayı 12-dən 14-ə çatdırılacaq.

Bununla bağlı İcraiyyə Komitəsi (İK) qərar verəcək və onun növbəti toplantısı qarşıdakı günlərdə baş tutacaq.

Dəyişikliyə səbəb AFFA-ya çoxsaylı müraciətlərin daxil olmasıdır.

Ötən mövsüm Region Liqasının finalında oynamış “Çinar” (Zəngilan), həmçinin “Göyəzən” kimi region komandaları II Liqada mübarizə aparmaq istədiklərini bildirib.

Sportinfo.az