AFFA Məmmədyarovun sözü üstündən xətt çəkdibackend

AFFA Məmmədyarovun sözü üstündən xətt çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.

 

Editor.az  Report-a istinadla xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

O, komanda sayının dəyişdirilməyəcəyini söyləyib: “Ola bilsin ki, Elmar Məmmədyarov səhv anlayıb. Əvvəldən dediyimiz kimi, Premyer Liqada sonuncu yerin sahibi olan “Şamaxı” çempionatı tərk edəcək və I Divizionun qalibi olmuş “Araz Naxçıvan” elitaya yüksələcək”.

Xatırladaq ki, bundan əvvəl AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov “Zaqatala” və “Araz Naxçıvan” da daxil olmaqla liqada 12 komandanın çıxış edəcəyini deyib.