AFFA-nı “Araz Naxçıvan”ı cəzalandırmağa kim məcbur edib? – ŞOK FAKT!backend

AFFA-nı “Araz Naxçıvan”ı cəzalandırmağa kim məcbur edib? – ŞOK FAKT!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsinin bir neçə saat öncə qəbul etdiyi qərar ölkə futbol ictimaiyyətini şoka saldı.

Mayın 15-də “Xan Lənkəran” üzərində inamlı qələbə qazanan “Araz Naxçıvan” mayın 20-dəki finala buraxılmadı.

Naxçıvan təmsilçisinə lənkəranlılarla görüşdə heyətində peşəkar müqaviləsi olan 2 futbolçu iştirak etdiyi üçün texniki məğlubiyyət verildi – 0:3.

Yaşanmış biabırçılıqdan sonra ortaya çıxan əsas sual AFFA-nın bunu niyə vaxtında yox, oyundan 3 gün sonra aşkara çıxarmasıdır?

Sən demə, faktın üstünü AFFA-da oturanlar yox, “Xan Lənkəran”lılar açıb.

Klubun prezidenti Pərviz Hüseynov quruma göndərdikləri məktubda mayın 15-də “Araz Naxçıvan”ın heyətində 2 peşəkar müqaviləsi qüvvədə olan futbolçuların meydana çıxdığını AFFA-nın işçi qrupunun diqqətinə çatdırıb.

Həmin müraciətdə cənublular Elməddin Məmmədovla Elvin Dəmirovun adını göstərsə də, assosiasiya texniki məğlubiyyətin Elməddin Məmmədovla Orxan Əliyevə görə verildiyini bildirib.

Yaşanmış rəzalətdən sonra AFFA-da Region Liqasına nəzarət edən şəxslərin gördüyü işə qiymət vermək çətin deyil.

Onların görməli olduğu işi “Xan Lənkəran”dakılar görürsə, buna istədiyiniz adı siz verə bilərsiniz.

SPORTİNFO.AZ