AFFA oyun “alver”ində adı hallanan şəxsləri böyük futbola qaytarıb? – ŞOK İDDİA!backend

AFFA oyun “alver”ində adı hallanan şəxsləri böyük futbola qaytarıb? – ŞOK İDDİA!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni mövsümdən ilk dəfə keçiriləcək II Divizion komandaları barədə narazılıqlar davam edir.

Ən böyük narahatlıq isə İmişli ilə bağlıdır.

Bu rayonun eyni adlı komandası birinci liqada olsa da daha bir İmişli təmsilçisi – “Kür Araz”a ikinci divizionda iştirak hüququ verilib.

Aran rayonun daha bir klubunun ikinci diviziona buraxılması həm yerli futbol adamlarını, həm də digər rayon azarkeşlərini qane etməyib.

Məsələn, ikincilər “Qazaxda, Bərdədə, Lənkəranda bir klub belə olmadığı halda İmişlidə iki klubun yaradılması nəyə lazım idi?” – deyə redaksiyamızla əlaqə saxlayıb şikayətlərin bildirirlər.

75AFFA oyun alverində adı çəkilən şəxsləri böyük futbola qaytarıb? - ŞOK İDDİA

“Kür Araz”la bağlı ən böyük narahatlıq isə yerli publika arasında hökm sürür.

Belə ki, redaskiyamızla əlaqə saxlayan bir neçə futbol azarkeşi təxminən eyni iddia ilə çıxış edib:

“Yeni yaradılan klubun rəhbəri Mirheydər Səfiyevdir. Yerli camat onu İmişli futbolunun “qatili” kimi qəbul edir.

Guya o adam İmişlidə futbol olmasını istəyir? Əgər eləydisə uzun müddət İmişlidə niyə böyük futbol olmadı?

Niyə illərlə direktoru olduğu İmişli Şəhər Stadionun rayonu təmsil edən klublara vermədi? Qapılarına qıfıl vurub, arenanın məhv olmasına yol açdı.

MKT Araz-da və “Mil Muğan”da işləmiş Səfiyevin adı bir vaxtlar oyun alverində də hallanıb.

Məhz bu iddialardan sonra “Mil Muğan”nın dağılması ilə İmişlidə də böyük futbol təxminən 10 il qeybə çəkilmiş oldu.

Bizə qəribə gələn odur ki, uzun aradan sonra AFFA rəhbərliyi bir vaxtlar oyun alqı-satqısında adı hallan, uzun müddətdir futbol sferasından uzaqlaşan “Mil Muğan” rəhbərliyini yenidən futbol arenasına niyə buraxdı?

Bu adamlarla futbolu inkişaf etdirmək istəyirsiz?

Bunun kimlərin sifarişi olduğunu bilmirəm. Lakin dəqiq əmin olun ki, İmişliyə belə komanda lazım deyildi. Bu qərar rayonumuzda böyük futbolun inkişafını yalnız və yalnız mane olacaq”.

Sportinfo