AFFA rəhbərliyi və ruhsuz futbolçular – Bəlkə, indi UTANASIZ?backend

AFFA rəhbərliyi və ruhsuz futbolçular – Bəlkə, indi UTANASIZ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan futbolunun iki üzü var – biri ağ, digəri qara.

“Qarabağ”ın timsalında Avropda, dünyada üzümüz gülür, düşmənin bağrı çatlayır, uğurlarımız üz ağardırsa, yığma komandanın timsalında rüsvayçılıqdan başqa heç nə görmürük.

AFFA-nın cavabdehlik daşıdığı komanda sadə futbol azarkeşlərin və bütövlükdə futbol ictimaiyyətin biabır etməklə bərabər, həm də dövlətin apardığı uğurlu siyasətə kölgə salır.

AFFA-nın məsuliyyət daşıdığı milli komanda göstərdiyi nəticələrlə Azərbaycan xalqının, ordusunun, dövlətinin 44 günlük şanlı Qarabağ zəfərinə xələl gətirir.

Döyüş meydanında məhv etdiyimiz dığalar bu gün futbol meydanında bizi aşağılamağa, məsxərəyə qoymağa cəhd edir. Futbolumuzu məhv edən hazırkı AFFA rəhbərliyinin sayəsində.

“Armeniareport” saytında manşetə çıxarılan “FİFA Azərbaycanı rüsvayçılıqdan necə xilas edir? başlıqlı yazıdan bir neçə seçməni sizin diqqətinizə çatdırırıq:

“Ermənistan futbolu Cənubi Qafqaz ölkələri üçün həmişə “Braziliya” olub. Bu gün isə bütün dünya erməniləri Millətlər Liqasında millimizin irlandlar üzərində qələbəsindən sonra məhz eyni emosiyaları yaşayırlar.

Üstəlik, bu qələbə erməninin ən məşhur futbolçusu Henrix Mxitaryanın oyunda iştirak etməməsinə baxmayaraq əldə edilib.

Gələn həftə qəhrəmanlarımız şotlandlarla oynayacaq və biz hamımız onların yeni qələbəsinə inanırıq. Milli ruhun yüksəldilməsi üçün çox vacibdir.

Azərbaycan reallıqda necədir? Yerli futbola milyardlarla neft dolların tökülməsinə baxmayaraq, bu ölkənin milli komandası universal gülüş obyektidir. Onlar mütəmadi olaraq qrup turnirlərində sonuncu yerləri tuturlar.

Ötən gün hətta Qazaxıstana da uduzdular(Məqalə Qazaxıstanla oyundan sonra hazırlanıb)! Əvvəllər Lixtenşteyn və Lüksemburq kimi cırtdan dövlətlərdən məğlubiyyətlər olub. Azərbaycan və futbol antonimdir. Komandamız isə Azərbaycanla oynamağa icazə verilsəydi, rəqibi sarsıdıcı, biabırçı hesabla darmadağın edərdi.

Azərbaycanlıların bəxtindən FİFA belə matçlara icazə vermir”.

Buyurun, yaxşı-yaxşı oxuyun ey şərəfli formanı geyinən cılız yerli futbolçularımız, utanmaz AFFA rəsmilərimiz.

Bəlkə, indi milli qürurunuz oyana, xəcalət çəkəsiniz, meydana çıxanda əyninizdəki şərəfli formanın dəyərin biləsiniz.

Unutmayın, axmaq nəticələriniz döyüş meydanında düşmənə qan udduran oğlanların da ruhunu incitmiş olursunuz.

Buna haqqınız yoxdur. Ümumiyyətlə, yığma komandanın bu şəkildə aşağılanmasına səbəbkar olan sizlərin heç nəyə haqqı yoxdur. Heç nəyə! Ya meydana çıxıb döyüşün, ya da rəhbər qarışıq futbolumuzdan çıxıb gedin!

Sportinfo.az