Afinanı narıncı toz dalğası bürüyübbackend

Afinanı narıncı toz dalğası bürüyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın paytaxtı Afinanı Saxara səhrasından gələn toz dalğası səbəbindən narıncı duman bürüyüb. Şəhərdə görmə qabiliyyəti və havanın keyfiyyəti pisləşib.

Editor.az BBC-yə istinadən xəbər verir ki, ölkənin bir çox yerlərində havanın keyfiyyəti pisləşib və çərşənbə günü səhər Afinadakı Akropol tozla örtülüb. Bulud Salonikiyə qədər şimala çatıb. Yerli rəsmilər tənəffüs xəstəlikləri olan insanları açıq havada vaxtlarını məhdudlaşdırmağa, üz maskaları taxmağa və toz buludları təmizlənənə qədər idmandan çəkinməyə çağırıb.

Atmosfer, xüsusən də Yunanıstanın cənubunda, toz və yüksək temperaturun birləşməsi səbəbindən boğucu hala gəlıb. Kathimerininin verdiyi məlumata görə, meteoroloqlar aprelin 24-də, çərşənbə günü Yunanıstan üzərindəki toz buludunun küləyin onu daha da şərqə aparması ilə tədricən azalacağını proqnozlaşdırırlar.

//Samir Qurbanov, Editor.az