Afrika Enerji Palatasının sədri: Afrika ölkələri Rusiya ilə günəş enerjisi layihələrini müzakirə edəcəklərbackend

Afrika Enerji Palatasının sədri: Afrika ölkələri Rusiya ilə günəş enerjisi layihələrini müzakirə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afrika Enerji Palatasının sədri Enrzej Ayuk Afrika ölkələrinin Rusiya ilə günəş enerjisi və təbii qaz sahəsində layihələri müzakirə edəcəklərini açıqlayıb.

Editor.az xəbər verir ki, Ayuk bu barədə Moskvada keçirilən “Rus Enerji Həftəsi” Beynəlxalq Forumunda danışıb. “Niger, Burkina Faso və Malinin iştirakı ilə Afrikada günəş enerjisi layihələri ilə bağlı danışıqlar aparılacaq. Rusiya şirkətləri burada günəş panellərinə və günəş elektrik stansiyasının tikintisinə daha çox sərmayə yatırmaq imkanlarını qiymətləndirəcəklər”,- deyə o bildirib.

Ayuk həmçinin qeyd edib ki, Afrika Enerji Palatası paytaxt Brazzavil ilə Pointe Noire liman şəhəri arasında boru xəttinin çəkiləcəyi gözlənilən Konqo Respublikasında qaz təchizatı layihələrini də araşdırır.

//Gülnarə Abasova, Editor.az