Afrika xalqlarının azadlığı uğrunda mübarizəyə görə Prezident Vladimir Putin adına Beynəlxalq Mükafat təsis edilib.
Editor.az bildirir ki, bu barədə təşkilat komitəsinin sədri Mahamadi Savadoqo bildirib. Dekabrın 28-də mükafatın təqdimat mərasimi Burkina-Fasonun paytaxtı Uaqaduquda baş tutub.
“Biz istərdik ki, mükafatlandırma mərasimi Moskvada keçirilsin və şəxsən Vladimir Putin tərəfindən təqdim olunsun. Təbii ki, dəyişikliklər ola bilər”, – deyə Mahamadi Savadoqo agentliyə bildirib.
Onun sözlərinə görə, mükafat “başqalarını suverenliyi müsbət və konstruktiv şəkildə müdafiə etməyə ruhlandırmaq üçün katalizator ola bilər”.
Qeyd edək ki, Vladimir Putin mükafatı dekabrın 28-də Uaqaduquda təqdim olunub. Onun təsisçisi Fil Dişi yazıçısı, “Afrikada Vladimir Putinə tam dəstək” ictimai təşkilatının üzvü Sylvain Taquet idi. Mahamadi Savadoqonun sözlərinə görə, mükafat müstəqil siyasət yürüdən Afrika liderlərinə veriləcək.
//Samir Qurbanov, Editor.az

