Afrika liderləri Ukraynadakı münaqişəni müzakirə etmək üçün yenidən Rusiyaya səfər etməyi planlaşdırırbackend

Afrika liderləri Ukraynadakı münaqişəni müzakirə etmək üçün yenidən Rusiyaya səfər etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afrika liderlərindən ibarət nümayəndə heyəti Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etmək üçün yaxın aylarda yenidən Rusiyaya səfər edə bilər.

Editor.az bu barədə TASS-a istinadla xəbər verir. Məlumatı Afrika dövlətlərinin sülh təşəbbüsünün dəstəklənməsinə yardım göstərən beynəlxalq qeyri-hökumət təşkilatı Brazzavil Fondunun təsisçisi Jan-İv Olivye verib. Onun sözlərinə görə, Afrika sülh missiyasının hər iki tərəfi münaqişəyə son qoymağa inandırmaq üçün yenidən Ukraynaya və Rusiya Federasiyasına səfər etməsi ehtimalı var. Olivier deyib ki, yüksək səviyyəli Afrika nümayəndə heyəti hər iki tərəfi silahlı münaqişənin həlli üçün mənalı dialoqa təşviq etmək niyyətindədir. O, Afrikanın münaqişədə neytral rol oynamağa qərarlı olduğunu bəyan edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Afrika ölkələrinin Ukraynadakı münaqişə ilə bağlı məsuliyyətli mövqe tutduğunu bəyan edib. Onun sözlərinə görə, Moskva Afrika dövlətləri ilə qarşılıqlı əlaqə potensialı görür.

//Gülnarə Abasova, Editor.az