Afrikada əlaqələr dərinləşir: Qana bütün qitə ölkələri üçün vizanı ləğv etməyi planlaşdırırbackend

Afrikada əlaqələr dərinləşir: Qana bütün qitə ölkələri üçün vizanı ləğv etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qana prezidenti Nana Akufo-Addo ölkəsinin bu ilin sonuna qədər bütün Afrika ölkələrinə vizadan azad etməyi planlaşdırdığını açıqlayıb.

Editor.az ölkənin milli mətbuatına istinadla xəbər verir ki, Akufo-Addo hökumətinin Qanaya səyahət etmək istəyən bütün afrikalılar üçün vizadan azad etməyi planlaşdırdığını bildirib və siyasətin həyata keçirilməsi prosesinin bu il başladığını qeyd edib.

Bu cür siyasətlərin bütün qitədə həyata keçirilməsinin vacibliyini vurğulayan Akufo-Addo insanların, malların və xidmətlərin qitə boyu maneəsiz hərəkətinin olması lazım olduğunu bildirib. Akufo-Addo bu yanaşmanın Afrikada iqtisadi transformasiyanı təşviq edərək artan ticarətdən faydalanmağı hədəflədiyini bildirib.

//Gülnarə Abasova, Editor.az