Afrikada koronavirusa yoluxanların sayı 3,96 milyon nəfəri ötübbackend

Afrikada koronavirusa yoluxanların sayı 3,96 milyon nəfəri ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afrikada koronavirusa yoluxanların sayı 3,96 milyon nəfəri ötüb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, martın 8-i üçün Afrikada koronavirusa 3 963 706 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 105 722 nəfəri vəfat edib, 3 540 989 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.