Afrikadan 8 yaşlı qızı kölə olaraq alan adama 18 il həbs cəzası verilibbackend

Afrikadan 8 yaşlı qızı kölə olaraq alan adama18 il həbs cəzası verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Montreal şəhər sakini Afrikada 8 yaşlı qızı kölə olaraq alıb cinsi istismara məruz qoyduğu üçün 18 il həbs cəzasına məhkum edilib.

Editor.az CTV-yə istinadən xəbər verir ki, Montreal polisi uşaq istismarı görüntüləri ilə bağlı aparılan istintaq nəticəsində 60 yaşlı Kananı saxlayıb.

Şübhəlinin evində təsadüfən tapılan adı açıqlanmayan 11 yaşlı Afrikalı qızın 8 yaşında Afrikadan gəldiyini öyrənən polis, kiçik qızın 3 ildir cinsi təcavüzə məruz qaldığını müəyyənləşdirib.

Şübhəlinin evində 8000 uşaq zorakılığı ilə bağlı fotolar tapılıb.

//Gülnarə Abasova, Editor.az