Afrikadan kənarda meymunçiçəyinə yoluxma üç dəfə artaraq 780-a yüksəlib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı ÜST verib. Bir həftə idi ki, yoluxma sayı cəmi 257 idi.
ÜST-ün məlumatına görə, rəsmi yoluxma sayının faktiki yoluxma sayından az olduğu ehtimal olunur. ÜST qlobal riski “orta” olaraq elan edilib.
Xəstəlik ümumiyyətlə yüngül keçsə də, ilk dəfədir ki, Afrikadan kənarda eyni vaxtda bu qədər çox xəstəliyə rast gəlinir. Bu da narahatlıq doğurur.
Ən çox yoluxma Avropa və Şimali Amerikada qeydə alınıb. Hələlik Meksika, Argentina, Mərakeş və Birləşmiş Ərəb Əmirliklərində az sayda yoluxma qeydə alıb.
ÜST yoluxmanın səbəbləri kimi digər xəstələrdən keçməsi faktını hələ ki, təsdiq edə bilməyib. Yoluxmanın cəmiyyətdə bilinməyən biri səbəbi var.
Xəstəliyin daha çox intim münasibətində olan kişilərdə qeydə alındığı bilinir. Ancaq xəstəliyin cinsi yollarla keçməsinə dair hələki bir fakt yoxdur. Bundan əlavə ÜST virusun daha da yayılacağını güman edir.
Xəstəliyin əsas əlamətlərindən biri hərarət və səpgilərdir. Bəzi xəstələrdə əzələ ağrıları da müşahidə olunur.
Qeyd edək ki, əvvəllər Afrikada bu xəstəlikdən həyatını itirənlər də olub.
//Nəzərbəy Hacıağayev, Editor.az

