Afrikanın ən böyük futbolçularından biri 78 yaşında vəfat edibbackend

Afrikanın ən böyük futbolçularından biri 78 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeş futbolunun əfsanəsi Əhməd Faras 78 yaşında vəfat edib. Mərakeş kralı VI Məhəmməd ailəsinə başsağlığı verib.

Editor.az xəbər verir ki, bu barədə Moroccoworldnews məlumat yayıb.

Məktubda o, Mərakeşin keçmiş futbol əfsanələrindən birinin vəfatını böyük duyğu və dərin hüznlə öyrəndiyini bildirib. O, həmçinin karyerası boyunca ölkə tarixinin ən böyük oyunçularından birinin çıxış etdiyi “Şabab Mohammedia” klubuna başsağlığı verib.

Qeyd edək ki, Faras 1975-ci ildə Afrikanın Qızıl Topunu qazanan ilk Mərakeşli oyunçu olub və eyni zamanda, milli komandasını 1976-cı ildə Afrika Millətlər Kubokunda qələbəyə aparıb.

VI Məhəmməd Farasın nəcib insani keyfiyyətlərə malik olduğunu, səmimi vətənpərvərlik nümayiş etdirdiyini, milli koloritləri qoruduğunu və buna görə də nümunəvi şəxsiyyət olduğunu qeyd edib.

Mayın əvvəlində 18 dünya və Avropa çempionatını izləyən azarkeş 76 yaşında dünyasını dəyişib.

//Gülnarə Abasova, Editor.az