Aftandil İsrafilovun son vəziyyəti: Xalq artisti danışdıbackend

Aftandil İsrafilovun son vəziyyəti: Xalq artisti danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin dekabr ayında reanimasiyaya yerləşdirilən və ölüm ayağında olan qarmon ifaçısı Aftandil İsrafilovdan yeni xəbər var.

Xalq artistinin vəziyyəti yaxşıdır. Bunu Lent.az-a açıqlamasında sənətçinin özü məlumat verib.

Qarmon ifaçısı bildirib ki, onun müalicəsi davam edir:

“Şükür, yaxşıyam. Evdəyəm. Hazırda həkimlərin nəzarətindəyəm və müalicələrim davam edir. Səhhətimdə ötən aylar ərzində yaxşılaşma var. İnşallah, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Aftandil İsrafilovun əsas problemi ağciyərlərində idi. Bundan başqa, onun ayaqlarına və ciyərlərinə su yığılmışdı. Böyrəkləri də, demək olar ki, işləmirdi.