Ağ Ev: ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyaları elan edəcəkbackend

Ağ Ev: ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ tezliklə Rusiyaya qarşı yeni sanksiyalar və ixraca nəzarət tədbirləri elan edəcək.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında bildirib. “Bu həftə biz G7 ölkələrinin liderləri tərəfindən götürülmüş öhdəliklər çərçivəsində həyata keçiriləcək bir sıra həssas yeni sanksiyalar və ixraca nəzarət tədbirləri elan edəcəyik”, – Kirbi bildirib. Yeni sanksiyaların və ixrac nəzarəti tədbirlərinin Rusiyanın xarici məhsullar almasına kömək edən “təşkilatlar və şəbəkələrə” istiqamətlənəcəyini deyən Kirbi, “Məsələn, maliyyə vasitəçilərinin Rusiya müdafiə sənayesi sektorunu və Rusiyanın bu sahədəki gəlirlərini dəstəkləməsi çətinləşəcək, əsas sektorlar daha da məhdudlaşdırılacaq”-, deyə bildirib.

//Gülnarə Abasova, Editor.az