Ağ Ev açıqladı: Kremlə məlumat ötürdük – Moskva niyə tədbir görməyib?backend

Ağ Ev açıqladı: Kremlə məlumat ötürdük – Moskva niyə tədbir görməyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayında ABŞ Rusiya hakimiyyətinə Moskvada planlaşdırılan terror aktı ilə bağlı məlumat verib.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienne Vatson “Reuters” agentliyinə bildirib.

“Bu ayın əvvəlində ABŞ hökuməti Moskvada böyük toplantıları, o cümlədən konsertləri hədəfə ala biləcək terror aktı ilə bağlı məlumat aldı və nəticədə Dövlət Departamenti Rusiyadakı amerikalılara açıq xəbərdarlıq etdi”, – agentlik Ağ Evin sözçüsündən sitat gətirib. .

“ABŞ hökuməti də uzun müddətdir davam edən “məcburi xəbərdarlıq” siyasətinə uyğun olaraq bu məlumatı Rusiya hakimiyyət orqanları ilə paylaşıb”, – Vatson açıqlamasında bildirib.

Maraqlıdır, Kreml Ağ Evin xəbərdarlığına niyə əhəmiyyət verməyib? (Publika.az)