Ağ Ev: “III Dünya Müharibəsindən qaçmaq üçün Rusiyaya hücumlara qarşıyıq”backend

Ağ Ev: “III Dünya Müharibəsindən qaçmaq üçün Rusiyaya hücumlara qarşıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın III Dünya Müharibəsindən qaçmaq istədiyini və bu səbəbdən Ukraynanın Rusiya torpaqlarındakı hədəflərə hücum etməsinə qarşı olduğunu bəyan edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Kirbi bu barədə mətbuat konfransında Ukrayna böhranı ilə bağlı bəzi sualları cavablandırarkən deyib. Ukraynada münaqişənin onsuz da kifayət qədər şiddətli olduğunu bildirən Kirbi, Ukraynaya verməyi planlaşdırdıqları “F-16” döyüş təyyarələrinin Rusiya ərazisindəki hədəflərə qarşı istifadə edilməyəcəyinə əmin olduqlarına nəzərə çatdırıb: “Müxtəlif səviyyələrdə təminatlar almışıq. Biz bunu təkcə prezident Vladimir Zelenskidən deyil, həm də Ukraynanın yüksək səviyyəli hərbi rəsmilərindən almışıq”.

//Gülnarə Abasova, Editor.az