“Ağ ev bu üç ölkə ilə bağlı artıq “düyməyə” basıb”- ŞƏRHbackend

“Ağ ev bu üç ölkə ilə bağlı artıq “düyməyə” basıb”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kollektiv Qərbin və ABŞ-ın bu gün üç əsas rəqibi var; Rusiya, İran və Çin. Artıq Rusiya və İran üçün layihə işə düşüb”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva Ukraynada bataqlığa düşdü və İran da öz daxili problemləri ilə məşğuldur:

“Əminliklə deyə bilərik ki, rəsmi Tehranın daxilindəki vəziyyətdə Qərbin əli var. Əsas məqsəd isə birincisi, onları sivil dünyadan təcrid etmək ikincisi zəiflətmək və idarəolunan vəziyyətə gətirmək. Bu üç dövlətin tərəfdarlarının sayı isə günü-gündən azalır. Öz aralarında nəsə etməyə qadirdilər. Çin isə Rusiya və İrandan fərqli olaraq iqtisadi potensiala malikdir. Bu da dünya dövlətlərini Çinlə müəyyən hallarda dialoqa getməyə sövq edir. Amma Rusiya və İran artıq təcrid olunmaqdadır. Bu baxımdan İranın vəziyyəti getdikcə ağırlaşır və ona dəstək lazımdır. İran prezidenti İbrahim Rəisinin Çinə səfəri də məhz qarşılıqlı tərəfdaşlıq çərmivəsində dəstək axtarmaq cəhdləri olacaq”.

Siyasi şərhçi vurğulayır ki, sözügedən dövlətlər hesab edir ki, ABŞ-ın ehtimal olunan təhdidləri var: “ Qaşılıqlı tərəfdaşlıq zəmnində həmin təhdidlərin qarşısını almaq istəyirlər. Bunun lazımı effekt verəcəyini düşünmürəm.
Artıq düyməyə basılıb. Çinlə iqtisadi müharibə gedir. Amma obyektin vurulması, kəşfiyyat cəhdlərinin olması tərəflər arasında gərginliyi artırır. Ağ ev bu üç ölkəni idarə olunan vəziyyətə gətirmək niyyətindədir. ABŞ-ın bu cəhdləri isə bizim maraqlarımıza uyğun gəlir”.
 
//Safura Bənnayeva, Editor.az