Ağ ev Co Baydenin Kiyevə səfər edəcəyi barədə Moskvanı məlumatlandırıbmışbackend

Ağ ev Co Baydenin Kiyevə səfər edəcəyi barədə Moskvanı məlumatlandırıbmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika tərəfi prezident Co Baydenin bu gün Kiyevə səfərindən az əvvəl Rusiya ilə əlaqə saxlayıb.

Editor.az bildirir ki, bu barədə “Associated Press” (AP) Ağ Evə istinadən xəbər verir. Xəbər verir daha sonra ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan brifinqdə bu məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası səfərlə bağlı “münaqişə vəziyyətindən qaçmaq üçün yola düşməzdən bir neçə saat əvvəl” məlumatlandırılıb.

Lakin o, Moskvanın buna necə reaksiya verdiyini açıqlamayıb.

Agentliyin materialında deyilir: “Baydenin səfərindən az əvvəl, iki nüvə dövləti arasında birbaşa münaqişəyə səbəb ola biləcək hər hansı səhv hesablamalardan qaçmaq və “münaqişənin aradan qaldırılması üçün ruslarla əsas ünsiyyət” baş tutub. Burada ABŞ ordusunun Kiyevdə olmadığına aydınlıq gətirlib.

Qeyd edək ki, fevralın 20-də elan olunmamış səfərlə Kiyevə gələn Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb və onunla birgə mətbuat konfransı keçirib.

Ukrayna mediası Bayden və Zelenskinin hava hücumundan müdafiə sireninin sədaları altında Mixaylovskaya meydanı ilə getdiyini əks etdirən kadrlar dərc edib. “Reuters”in məlumatına görə, Amerika prezidentinin gəlişi zamanı Kiyevə edilən hava hücumunun yalan olduğu üzə çıxıb.

//Samir Qurbanov,Editor.az